Koreya millisi 2026-cı il dünya çempionatının qrup mərhələsi matçında Çexiyanı 2-1 hesabı ilə məğlub etdi. Sport24.az xəbər verir ki, oyun Meksikanın Zapopan şəhərindəki "Estadio Acron" stadionunda baş tutub.

 

İlk hissə qolsuz başa çatıb. 59-cu dəqiqədə çexiyalı Ladislav Krejçi başla vurduğu qolla hesabı açıb. Koreyalılar az sonra hesabı bərabərləşdiriblər, Xvan İn Bom fərqlənib.

 

Çexlər 77-ci dəqiqədə ikinci qolunu vursalar da, VAR ofsayd səbəbindən Tomaş Souçekin adı tabloya yazılmayıb. vurduğu qolu hesaba almadı. Koreya millisinin ikinci qolunun müəllifi isə Hyun Go O olub. 

 

Qeyd edək ki, bu qələbə sayəsində Koreya millisi A qrupunda ikinci yerdə qərarlaşıb. İlk pillədə isə Cənubi Afrikanı 2-0 hesabı ilə məğlub edən Meksikadır.