Lionel Messinin yer aldığı Argentina millisi DÇ-2026-da hələ heç kimin qaça bilmədiyi bir lənətlə qarşılaşacaq. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

 

Mundialın startı ərəfəsində FİFA dünyanın ən güclü milli komandalarının yenilənmiş reytinqini dərc edib. Siyahıya Argentina  başçılıq edir.

 

Mənbənin sözlərinə görə, FİFA reytinqinin lideri kimi dünya çempionatına qatılan komandaları təqib edən qəribə bir lənət var. Onlardan heç biri indiyə qədər titul qazanmayıb.

 

Fransa 2022-ci ildə bu lənəti qırmağa yaxın olsa da, Qətərdə keçirilən finalda Argentinaya penaltilərdə məğlub olub.

 

Qeyd edək ki, Argentina qrup mərhələsində Əlcəzair (17 iyun), Avstriya (22 iyun) və İordaniya (28 iyun) ilə üz-üzə gələcək.