Roma Papası XIV Leo Madrid "Real"ının fəxri üzvü oldu. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Papaya klubun ən yüksək mükafatının verilməsi qərarı "Real" prezidenti Florentino Peresin sədrliyi ilə keçirilən Direktorlar Şurasının iclasında qəbul olunub. İyunun 8-də Papa Madrid yeparxiya icması ilə görüşmək üçün Santyaqo Bernabeu stadionuna baş çəkib.
Qeyd edək ki, iyunun 7-də keçirilən seçkilərdə Peres növbəti dəfə "Kral klubu"nun prezidenti olub.