Meksika millisinin sabiq hücumçusu Xavyer "Çiçarito" Ernandes komandasının dünya çempionatının açılış matçında Cənubi Afrika üzərində 2:0 hesablı qələbəsini dəyərləndirib. Sport24.az xəbər verir ki, veteran futbolçu yığmasının çıxışını yüksək qiymətləndirib.
"Bu qələbə çox vacib idi. Dünya çempionatına məhz belə başlamaq lazım idi: öz azarkeşlərin önündə, iki qol vuraraq və qapını toxunulmaz saxlayaraq. Montesin qırmızı vərəqəsi növbəti oyun üçün müəyyən çətinlik yaratsa da, ümumi mənzərə müsbətdir".
Sabiq forvard azarkeşlərin bu qələbəyə ehtiyacı olduğunu da vurğulayıb:
"Bu azarkeş kütləsinə baxın. Hamımız nəhayət ki, bayram edə bilərik. İndi isə fikrimiz növbəti oyundadır".
Qeyd edək ki, Meksika millisinin növbəti oyunu iyunun 19-da Qvadalaxara şəhərində yerləşən Akron stadionunda Cənubi Koreya yığmasına qarşı keçiriləcək.