Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva Madrid "Real"ı ilə anlaşıb. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabriso Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Silva daha bir il uzatmaq şərti ilə iki illik müqavilə imzalayıb.

 

"Real"ın 31 yaşlı portuqaliyalı ilə danışıqları 36 saata bitirdiyi bildirilir.

 

Madrid klubunun yeni baş məşqçisi Joze Mourinyonun özü Bernardonu komandasında görmək istədiyindən yarımmüdafiəçi transferə razılıq verdi.

 

Qeyd edək ki, "Barselona" və Madrid "Atletiko"sunun da Silvanın keçidində maraqlı olduğu söylənilirdi.