"Hull Siti"nin sahibi Acun Ilıcalı bu yay transferlərə  təxminən 250 milyon avro ayrıldığını açıqlayıb. Sport24.az xəbər verir ki, iş adamı bu barədə "Haberler.com" portalına danışıb. 

 

İngiltərə klubunun 57 yaşlı türk sahibinin fikrincə, Premyer Liqada sabit və güclü heyət qurmaq üçün yeni transferlərin 80 faizinin uğurlu olması vacibdir:

 

"İndiyə qədər transferlərimizdə təxminən 80 faiz uğur əldə etmişik. Baş məşqçimizlə bu mövzuda məsləhətləşərək bütün məsələləri planlaşdırırıq və məhz bundan sonra transferi reallaşdırırıq".

 

Qeyd edək ki, "Hull Siti" 2025/26 mövsümünün sonunda Premyer Liqaya yüksəlib.