PSJ portuqaliyalı yarımmüdafiəçi Mateus Fernandes və niderlandlı hücumçu Krisensio Sammervil üçün "Vest Hem"ə 130 milyon avro təklif etməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
Hələlik rəsmi təklif göndərilməyib, lakin Paris klubunun idman direktoru Luis Kamposun artıq "çəkiclərdöyənlər"in nümayəndələri ilə əlaqə saxladığı bildirilir. "Vest Hem" Çempionşipə düşməsi səbəbindən bu yay yay bir neçə oyunçu ilə yollarını ayırmaq məcburiyyətində qalıb.
21 yaşlı portuqaliyalı futbolçu ilə "Real" və "Mançester Yunayted" də maraqlanır.
Qeyd edək ki, Fernandes 2025/26 mövsümündə bütün turnirlərdə 42 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib, 24 yaşlı Sammerville isə 34 matçda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.