"Çətin oyun olacağını bilirdik". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Denzel Jubitana deyib.

Oyunçu "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XI turunun oyunu haqqında fikirlərini bölüşüb:

"Üç xal qazandıq. Bunun üçün çox xoşbəxtəm. Milli fasilə olacaq. Ondan sonra qələbələr qazanmaq istəyirik. Ümid edirəm ki, mövsümün sonunda istəyimizə çatacağıq".

O, Surinam millisinə dəvət alması ilə bağlı da danışıb:

"Yığmaya çağırıldığım üçün sevinirəm. Millinin şərəfini qorumaq mənim üçün qürurdur. Oradada şans qazanacağıma inanıram. Məşqçi mənə şans versə, oyun ritmindən düşməyəcəyəm".

Xatırladaq ki, "Neftçi" hazırda 24 xalla liderdir.