Kriştiano Ronaldonun Portuqaliya millisində karyerasını bitirmək qərarından sonra yerli Futbol Federasiyası əfsanəvi futbolçunun iştirakı ilə vida matçı təşkil etməyi təklif edib. Sport24.az "Observador" nəşrinə istinadən xəbər verir ki, ancaq ulduz futbolçu bu təklifi rədd edib.

 

Ronaldo belə bir oyunda iştirak etmək istəmir və Portuqaliya millisinin baş məşqçisi Jorje Jezusla əlaqəni bərpa etmək niyyətində deyil.

 

Bundan əlavə, məlum olub ki, Ronaldo Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proençanın zənginə cavab verməyib. Proença onunla vida matçının təfərrüatlarını müzakirə etmək istəyib.

 

Qeyd edək ki, Ronaldo Portuqaliya milli komandasının heyətində keçirdiyi 234 oyunda 146 qol vurub.