"Santos"un hücumçusu Neymarın atası Neymar da Silva Santos, oğlunun çıxış etdiyi klubda baş menecer vəzifəsinə təyin olunub. Sport24.az xəbər verir ki. bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.
Neymar (ata) bu vəzifəni 2026-cı ilin sonuna qədər icra edəcək. O, birbaşa klub rəhbərliyi ilə işləyəcək, futbol sektoru, marketinq və yeni biznes layihələri daxil olmaqla, müxtəlif şöbələrin idarə olunmasında və inteqrasiyasında iştirak edəcək.
Qeyd edək ki, Neymar (oğul) 2025-ci ilin yanvarında "Santos"a qayıdıb. Onun klubla müqaviləsi 2026-cı il dekabrın 31-dək qüvvədədir.