Portuqaliyalı ulduz futbolçu Nani müqavilə müddətinin başa çatması ilə əlaqədar "Aktobe"dən ayrıldı. Sport24.az xəbər verir ki, bu barədə Sport.kz portalı məlumat yayıb. 

 

Tərəflər mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləni uzatmamaq qərarına gəliblər.

 

2026-ci ilin yanvarında Qazaxıstan klubuna keçərək karyerasını bərpa edən Nani, meydana çıxdığı 26 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, Portuqaliya millisinin 39 yaşlı sabiq üzvü karyerası ərzində "Sportinq" "Mançester Yunayted", "Latsio", "Fənərbaxça", "Valensiya" kimi tanınmış klubların formasını geynib. O, Portuqaliya yığmasında 111 oyuna çıxıb və 24 qol vurub.