"Bavariya" transfer hədəfləri siyahısına "Portu"nun cinah oyunçusu Oskar Pituşevskini əlavə edib. Sport24.az xəbər verir ki. bu barədə insayder Florian Plettenberq sosial şəbəkə hesabında paylaşım edib. 

 

Münhen klubu 18 yaşlı polşalı futbolçunu klassik sol cinah oyunçusu və Luis Diasa potensial əvəzedici kimi görür.

 

Oyunçunun müqaviləsində 60 milyon avro məbləğində sərbəst qalma bəndi (təzminat məbləği) mövcuddur. "Bavariya" mümkün transferin şərtləri barədə artıq məlumatlandırılıb və tərəflər arasında ilkin danışıqlar aparılıb. Klubun idman direktoru Maks Eberl polşalı futbolçunun potensialını yüksək qiymətləndirir.

 

Qeyd edək ki. polşalı futbolçu bu mövsüm 4 oyunda meydana çıxıb və 1 qol vurub.