Madrid "Atletiko"su yarımmüdafiəçi Li Kan İnin transferi ilə bağlı PSJ ilə danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı koreyalı futbolçunun transfer qiyməti təxminən 35 milyon avro ola bilər. Li Kan İn özü də Dieqo Simeonenin komandasının formasını geyinmək istəyir.
Yarımmüdafiəçi 2025/26 mövsümündə Paris klubunun heyətində müntəzəm oyun vaxtı tapmaqda çətinlik çəkirdi. Çempionlar Liqasında isə ümumiyyətlə meydana çıxmayıb. Bu səbəbdən Li karyerasının çox hissəsini keçirdiyi İspaniyaya qayıtmaq istəyir.
Qeyd edək ki, koreyalı futbolçu 2023-cü ilin iyulundan PSJ-də oynayır və 2028-ci ilin yayında başa çatır. Yarımmüdafiəçi başa çatan mövsümdə meydana çıxdığı 39 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.