Sumqayıtda 3×3 basketbol üzrə "Women"s Series" beynəlxalq turniri keçiriləcək. Sport24.az xəbər verir ki, yarış iyunun 20–21-də Sumqayıt Bulvarında baş tutacaq.
Azərbaycanı turnirdə qadınlardan ibarət milli komanda və "Neftçi SOCAR" təmsil edəcək.
Mükafatlar uğrunda həmçinin Almaniya, Çin, Avstraliya, Avstriya, Ukrayna, Yaponiya, Çili, "Yanjing" (Çin), Slovakiya, Tailand, Misir, Sloveniya, Litva və Paraqvay komandaları mübarizə aparacaq.