MLS təmsilçisi "Şarlott" fransalı futbolçu Allan Sen-Maksiminin transferini həll edib. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, futbolçu yeni komandasına azad agent kimi qoşulub.
29 yaşlı futbolçu artıq bu həftə Londonda klub üçün tibbi müayinədən keçib və yaxın günlərdə ABŞ klubunun yeni oyunçusu kimi üç illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, Sen-Maksiminin karyerası ərzində "Sent-Etyen", "Monako", "Nitsa", "Nyukasl", "Fənərbaxça" və "Lans" kimi klublarında çıxış edib.