Bu gün Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Gümüş Avropa Liqasında ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, yığmamız Rumıniya ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın Mioveni şəhərində təşkil olunacaq. Azərbaycan millisi növbəti oyununu sabah İspaniyaya qarşı keçirəcək.