"Meksika – CAR və Cənubi Koreya – Çexiya oyunlarını izlədim. İlk matçlarda komandaların gücünü bilmək olmur. Hansısa komanda 2-ci və ya 3-cü görüşündə yaxşı təsir bağışlaya bilər. Amma burda qrup mərhələsində oyunların sayı azdı deyə, ilk görüşdə məğlub olmamaq çox vacibdir". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis dünya çempionatının Meksika – CAR və Cənubi Koreya – Çexiya qarşılaşmalarını şərh edib:

"Bu, ən azı sənin qrupdan çıxmaq şanslarını saxlayır. Uduzdunsa, şansların 50 faizdən də aşağı düşür. Cənubi Afrika qrupda hər 3 komandadan geri qalır. Meksika ev sahibidir, azarkeşlərin də dəstəyinin böyük üstünlüyü var. Cənubi Koreya Çexiya ilə görüşdə ağıllı oyun göstərdi və hesabda geri olmasına baxmayaraq, geridönüş elədi. İlk oyundan sonra Meksika və Cənubi Koreyanın şansları daha çoxaldı. Onların öz aralarındakı görüşü çox maraqlı olacaq. Cənubi Koreyanın oturuşmuş heyəti var, ağıllı futbol oynayır, boşluq vermir. Tək problem standart vəziyyətlərdədir. Düşünürəm ki, Meksika və Cənubi Koreyanın qrupdan çıxmaq şansları böyükdür. Dediyim kimi, qrupunda lideri bu iki ölkənin qarşılaşmasından sonra bəlli olacaq".

Qeyd edək ki, bu qrupun ilk oyununda dünya çempionatının ev sahiblərindən olan Meksika millisi Cənubi Afrika Respublikası (CAR) yığmasına 2:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra A qrupunda Meksika (3 xal) birinci, Cənubi Koreya (3 xal) ikinci, Çexiya (xalı yoxdur) üçüncü, CAR (xalı yoxdur) dördüncü pillədə qərarlaşıb.