"Karvan-Yevlax" futbolçusu Samuel Durrantla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Futbolçunun müqavilə müddəti başa çatıb.

 

24 yaşlı oyunçu başa çatan mövsümdə Yevlax təmsilçisinin heyətində 28 oyuna çıxıb və 1 qol vurub.

 

"Karvan-Yevlax" çempionatı sonuncu sırada bitirib və elitanı tərk edib. Komanda I Liqada mübarizə aparacaq.