Bu gün Azərbaycan basketbolunda yeni tarix yazılıb. Sport24.az xəbər verir ki, "Sabah"ın gənc basketbolçuları Bosniya və Herseqovinanın Laktasi şəhərində keçirilən Gənclər Çempionlar Liqasında ilk qələbəsini qazanıb.

 

"Sabah"ın U-18 komandası "B" qrupunun ikinci turunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" klubunu 72:61 hesabı ilə məğlub edib.


Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.