"Marsel"in baş məşqçisi Həbib Beyenin evi qarət edilib. Sport24.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, iki oğru hasardan aşaraq həyətə evə girib. Sonra isə pəncərəni sındırıblar və məşqçinin şəxsi əşyalarının olduğu çamadanı oğurlayıblar.
Qeyd edək ki, Beye 2026-cı ilin fevralından "Marsel"in "sükanı arxasına" keçib. Seneqallı məşqçi əvvəllər "Renn" və Liqa 2-də mübarizə aparan "Red Star" komandalarını çalışdırıb.