Türkiyə çempionatlarında 8-13 aprel tarixləri arasında keçiriləcək oyunlar bir dəqiqəlik sükutla başlayacaq. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Sükut dünən vəfat edən rumıniyalı məşqçi Mirça Luçesku xatirəsinə həsr olunacaq.

 

Luçesku "Qalatasaray", "Beşiktaş" klublarında və Türkiyə yığmasında məşqçi kimi çalışıb. O, son olaraq Rumıniya millisinə rəhbərlik edib. Mütəxəssis dünən, 80 yaşında vəfat edib.