Azərbaycanın şose velosipedi üzrə U23 yığma komandasının üzvü Süleyman Ələkbərov Qazaxıstanın Almatı şəhərində keçirilən "Road Race 2026" yarışında iştirak edib. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped Federasiyasının mətbuat xidməti məlumat yayıb.


Ələkbərov 130 idmançının mübarizə apardığı yarışda 25 km-lik fərdi ötüşmə növündə bürünc medal qazanıb.