"Çelsi"nin vingeri Estevan PSJ-yə keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat paylaşıb.

 

Paris klubu Bredli Barkolanın ayrılmaq qərarına gələcəyi təqdirdə 18 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır. Müqavilənin təxminən 100 milyon avro dəyərində olacağı gözlənilir.

 

Qeyd edək ki, Estevan bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.