"Real"ın baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"ya uduzduqları görüşü şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

 

"Hələ heç nə bitməyib. Minimal fərqlə uduzmuşuq. İstənilən meydanda qalib gəlmək gücündəyik. 0:2 geridə olsaq da, komandam təslim olmadı. Yaxşı reaksiya verdik, xarakter göstərdik, risklər etdik və oyunda qaldıq. Cütün taleyi Münhendə həll olunacaq".

 

Komandalar arasındakı cavab görüşü aprelin 15-də olacaq.