Antonio Konte İtaliya millisinə gedərsə, italyan məşqçilər Vinçenso İtaliano və Enzo Mareska "Napoli"ni çalışdıra bilərlər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib:

 

"Əgər Antonio Konte İtaliya millisinə qayıtmaq üçün "Napoli"dən ayrılarsa, klub rəhbərliyi Vinçenso İtaliano və Enzo Mareskanın namizədliyini nəzərdən keçirəcək. Bundan əlavə, Neapol təmsilçisinin potensial namizədlər siyahısında Daniele De Rossi və Fabio Qrosso da var".

 

Qeyd edək ki, bir müddət əvvəl "Napoli"nin prezidenti Aurelio De Laurentis mətbuata açıqlamasında Antonio Kontenin İtaliya millisinə qoşulmasına heç bir problem yaratmayacağını açıqlayıb.