"Real"ın keçmiş məşqçisi Xabi Alonso bu yay "Liverpul"un "sükanı arxasına" keçəcək. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "qırmızılar" hazırkı məşqçi Arne Slotla yollarını ayırmağa hazırdır. İngiltərə Kubokunda "Mançester Siti"yə 0:4 hesablı məğlubiyyətindən sonra rəhbərliyin niderlandlı mütəxəssisə inamı itib. 

 

Alonsonun ötən ay artıq "Liverpul"la şifahi razılığa gəldiyi bildirilir. Bask məşqçinin klubla üç illik müqavilə imzaladığı söylənilir.

 

Qeyd edək ki, ispaniyalı mütəxəssisin son iş yeri yanvarda ayrıldığı "Real" olub.