"Real"ın türk futbolçusu Arda Güler məşhur rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədovla görüşüb. Sport24.az xəbər verir ki, gənc ulduz bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. 

 

Arda görüş zamanı ​​Həbiblə şəkil çəkdirib və bunu bir sözlə ifadə edib: "Əfsanə" 

 

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm ​​"Real"ın heyətində 46 oyun keçirib, 4 qol vurub və 13 məhsuldar ötürmə edib. "Transfermarkt" türkiyəlini 90 milyon avro dəyərində qiymətləndirir.