Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma baş tutacaq. Sport24.az xəbər verir ki, ​PSJ "doğma divarlar" arasında "Liverpul"u qonaq edəcək.

 

Digər matç isə İspaniyada keçiriləcək. "Barselona" Madrid "Atletiko"su üz-üzə gələcək.

 

Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Dünən keçirilən görüşlərdə "Bavariya" (Almaniya) Madriddə "Real"a 2:1, "Arsenal" (İngiltərə) isə Lissabonda "Sportinq"ə 1:0 hesabı ilə qalib gəlib.

 

UEFA Çempionlar Liqası

1/4 final, ilk oyunlar

8 aprel

23:00. PSJ (Fransa) - "Liverpul" (İngiltərə)

23:00. "Barselona" (İspaniya) - "Atletiko" (İspaniya)