Yay aylarında AFFA daxilində mühüm struktur dəyişikliklərinin baş verməsi gözlənilir. Sport24.az-ın əldə etdiyi etibarlı məlumata görə, qurumun İcraiyyə Komitəsinin tərkibində yenilənmə olacaq.

 

AFFA bəzi üzvlərlə yolları ayırmağa hazırlaşır və onların yerinə Azərbaycan futbolunun tanınmış veteran simalarının cəlb olunması ehtimal edilir.

Hazırda komitədə bir yer artıq boşdur. Belə ki, Zaur Axundov 25 noyabr 2025-ci ildə öz xahişi ilə İcraiyyə Komitəsinin üzvlüyündən ayrılıb və onun ərizəsi qəbul edilib. Hələ ki, onun yeri boş qalıb.

Gözlənilən dəyişikliklər AFFA-nın idarəçilik strukturunda yeni yanaşmanın formalaşacağına və qərarverici orqanda futbol cameəsini daha yaxından tanıyan isimlərin təmsil oluna biləcəyinə işarədir.