İngiltərə gələn mövsüm UEFA Çempionlar Liqasında 5 komanda ilə təmsil olunacaq. Sport24.az xəbər verir ki, bu,"Arsenal"ın ötən gün Çempionlar Liqasının dörddəbir finalının ilk oyununda "Sportinq" üzərində 1-0 hesablı qələbəsi sayəsində mümkün olub.

 

Çempionlar Liqasının final mərhələsində iştirakçı sayı 36-ya qədər artırıldığından klubları ən çox əmsal toplayan ölkələrin komandalarına iki əlavə yer veriləcək. "Arsenal"ın qələbəsi sayəsində İngiltərə klubları 2025/26 mövsümündə artıq ümumilikdə 25.013 xal toplayıb ki, bu da onları əlçatmaz edir. İkinci vəsiqə uğrunda Almaniya və İspaniya mübarizə aparacaq.

 

Qeyd edək ki, hazırda Premyer Liqada 5-ci pillədə "Liverpul" qərarlaşıb. Ardınca "Çelsi" (48 xal), "Brentford" və "Everton" (hər biri 46 xal) gəlir.