Qadın voleybolçular arasında Yüksək Liqada yarımfinal mərhələsi başlayır. Sport24.az xəbər verir ki, hər iki görüş bu gün baş tutacaq.

Saat 16:00-a planlaşdırılan oyunda "Gəncə" "Turan"la qarşılaşacaq. Saat 18:00-da isə "Milli Aviasiya Akademiyası" "DH Volley" ilə üz-üzə gələcək. 

 

Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

 

Tərəflər arasında cavab qarşılaşmaları aprelin 11-i və 13-də baş tutacaq.

 

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq.

 

Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.