UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. Sport24..az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

 

"Real" öz meydanında "Bavariya"nı qəbul edib. Oyun Almaniya klubunun qələbəsi ilə baş çatıb. "Arsenal" isə Portuqaliyada "Sportinq"in qonağı olub. Bu oyunda da qonaqlar qələbə qazanıb. 

 

Qeyd edək ki, turun digər iki görüşü bu gün keçiriləcək.

 

 

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar

"Real" (İspaniya) - "Bavariya" (Almaniya) - 1:2

Qollar: Diaz, 41 (0:1), Keyn, 46 (0:2), Mbappe, 74 (1:2)

"Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə) - 0:1

Qol: Havertz, 90+1