Hücumçu Darvin Nunes yay "transfer pəncərəsi"ndə "Əl-Hilal"dan ayrılmağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.
26 yaşlı futbolçu Simone İnzaginin planlarına daxil deyil, bu da uruqvaylı futbolçunun mövsümün sonunda klublarını dəyişməsi ehtimalını artırır.
Qeyd edək ki, Nunes ötən ilin avqustunda "Əl-Hilal"a qoşulub. Bu mövsüm Darvin bütün turnirlərdə 24 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. "Əl-Hilal" Səudiyyə Ərəbistanı çempionatında ikinci yerdədir.