Misli Premyer Liqasının 26-cı turunda "Qəbələ" ilə oyunda zədələnən "Kəpəz"in futbolçusu Rəhman Hacıyevin zədəsi ciddi deyil. Bu barədə məlumatı Sport24.az-a klubun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov məlumat verib.

Onun sözlərinə görə, 32 yaşlı cinah yarımmüdafiəçisi komandasının növbəti turdakı rəqibi "Karvan-Yevlax"la matça qədər hazır olacaq:

"Rəhman Hacıyevin zədəsi ciddi deyil. Böyük ehtimalla, "Karvan-Yevlax"la oyunda iştirak edə biləcək".

Qeyd edək ki, "Kəpəz" – "Qəbələ" oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.