"Milan"ın ulduz yarımmüdafiəçisi Luka Modriçin ailəsində əlamətdar hadisə yaşanıb. Xorvatiyalı futbolçunun qızı Ema Modriç futbolçu karyerasında ilk uğuruna imza atıb. Sport24.az "La Gazzetta Dello Sport" nəşrinə istinadən xəbər verir ki, 12 yaşlı Ema "Milan"ın qızlardan ibarət (U-13) komandasının heyətində "Garino Qadınlar Kubok"unun qalibi olub.
Mənnbənin sözlərinə görə, Luka Modriç qızının Turin şəhərində keçirilən final oyununu canlı izləyə bilməsə də, matçın bir hissəsini FaceTime vasitəsilə canlı qoşularaq izləyib və qızına mənəvi dəstək olub.
Qeyd edək ki, Modriçlər ailəsinin bu uğuru həm İspaniya, həm də İtaliya mətbuatında geniş əks-səda doğurub. Görünən odur ki, futbol dünyası yeni bir Modriç "fırtınasına" hazırlaşır.