"Turan Tovuz" klubunda mövsümün sonunda kadr dəyişikliyi gözlənilir. Sport24.az bu barədə bölgə təmsilçisindəki mənbədən məlumat əldə edib.
"Turan Tovuz" Futbol Akademiyasının rəhbəri dəyişəcək.
Belə ki, Eltay Aslanov mövsümün sonunda postunu tərk edəcək. Onu "Tovuz Tovuz"un sabiq qapıçısı Kamal Bayramov əvəzləyəcək.
Qeyd edək ki, Eltay Aslanov 2024-cü ilin avqustunda bu posta təyinat alıb.