"Qarabağ"ın futbolçusu Coni Montiel karyerasını yenidən ölkəsində davam etdirə bilər. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, İspaniyanın "Valladolid" klubu 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Hazırda Sequndada çıxış edən komanda yay transfer dönəmində "Qarabağ"a rəsmi təklif göndərmə ehtimalını nəzərdən keçirir.
"Ağ-qaralar"ın baş məşqçisi Qurban Qurbanov futbolçunun komandada qalmasını istəsə də, yüksək məbləğli təklif gələrsə, klubun buna qarşı çıxması çətin görünür.
Qeyd edək ki, Montiel 2025-ci ilin avqustunda "Qarabağ"a transfer olunub və onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, cari mövsümdə Misli Premyer Liqasında 14 oyunda 4 qolla yadda qalıb, Azərbaycan Kubokunda 2, UEFA Çempionlar Liqasında isə 5 matçda meydana çıxıb. Yarımmüdafiəçi ölkəsində "Rayo Valyekano", "Deportivo" və "Levante" kimi komandaların formasını geyinib.