"Beşiktaş" müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan, lakin bu mövsüm icarə əsasında "Trabzonspor"un qapısını qoruyanda Andre Onananı "rənglərinə bağlamaq" istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial şəbəkə hesabında paylaşım edib. 

 

Kamerunlu qolkiperin "Trabzonspor"la icarə müqaviləsi cari mövsümün sonunda başa çatır. O, bu mövsüm Trabzon təmsilçisinin heyətində 26 oyuna çıxıb və 6 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. 

 

Bir müddət əvvəl mətbuatda Andre Onananın mövsümün sonunda "Mançester Yunayted"ə qayıdaraq əsas heyətə düşmək uğrunda Senna Lammenslə rəqabət aparmaq istədiyi barədə xəbərlər yayılmışdı.

 

Qeyd edək ki. qolkiper 2023-cü ildə "Mançester Yunayted"ə keçib və iki mövsüm "qırmızı şeytanlar"ın əsas "çərçivə qoruyucusu" olub.