"Liverpul"un və Şotlandiya millisinin üzvü Endryu Robertson yayda azad agent kimi klubundan ayrılacaq. Sport24.az xəbər verir ki, 32 yaşlı müdafiəçi müqavilə müddətinin başa çatması ilə "Enfild"lə vidalaşacaq.

Robertson 2017-ci ildə "Hall Siti"dən "Liverpul"a transfer olunub və doqquz il ərzində klubun əsas simalarından birinə çevrilib. Şotlandiyalı millisinin kapitanı bu müddətdə 373 oyuna çıxaraq 13 qol vurub və 69 məhsuldar ötürmə edib.

Qeyd edək ki, təcrübəli sol cinah müdafiəçisi "qırmızılar"ın heyətində 2 İngiltərə Premyer Liqası, UEFA Çempionlar Liqası, İngiltərə Kuboku, 2 Liqa Kuboku, FIFA Klublararası Dünya Çempionatı, UEFA Superkuboku və İngiltərə Superkubokunu qazanıb.