"Mançester Siti" yay "transfer pəncərəsi"ndə yeni yarımmüdafiəçi ilə müqavilə imzalamağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.
Mənbənin sözlörinə görə, klubun əsas hədəfi "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersondur. "Mançester Yunayted" də əvvəllər oyunçu ilə maraqlandığını bildirmişdi.
23 yaşlı Anderson 2024-cü ilin yayında 41,2 milyon avroya "Nyukasl"dan "Nottingem Forest"ə keçib.
Yarımmüdafiəçi "meşəçilər"in əsas oyunçularından biridir. O, cari mövsümdə bütün turnirlərdə 41 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Anderson həmçinin İngiltərə millisinin üzvüdür. Futbolçu Tomas Tuxelin rəhbərliyi altında 7 oyunda forma geyinmək şansı qazanıb.