"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, təmsilçimiz Serbiyanın "Borats" kollektivi ilə qarşılaşıb.

 

Bosniya və Herseqovinada keçirilən görüşdə "bayquşlar" 60:67 hesabı ilə məğlub olublar.


"Sabah"ın U-18 komandası daha öncə B qrupunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivini məğlub etsə də (72:61), Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya 58:88 hesabı ilə uduzub.