Misli Premyer Liqasının XXVII turunun "Turan Tovuz" – "Sumqayıt" oyununun biletləri satışa çıxıb. Sport24.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.
Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 12 aprel tarixində, saat 18:00-da Tovuz şəhər stadionunda baş tutacaq.