"Neftçi"nin sabiq futbolçusu Keysuke Honda karyerasını Sinqapurda davam etdirəcək. Sport24.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi "Juronq"a keçib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Honda yayda yeni klubuna qoşulacaq.

 

39 yaşlı futbolçu 2021-ci ilin martından iyuluna kimi "Neftçi"nin formasını geyinib.