"Mançester Yunayted"in futbolçusu Harri Maquayr açıqlama verib. Sport24.az xəbər verir ki, müdafiəçi özünü mövqeyinin ən yaxşılarından adlandırıb:

 

"İngiltərə millisinin dünya çempionatı üçün heyətində olacağıma inanıram. Gücüm var və özümü göstərə bilərəm. Məşqçi hansı rolu versə, qəbul etməyə hazıram. Hesab edirəm ki, mövqeyimə görə dünyanın ən yaxşıları arasındayam".

 

Maquayr bu mövsüm 20 oyunda 2 qol vurub.