"Real" rəhbərliyi son günlər mətbuatda idman direktoru vəzifəsinə yeni təyinatın ediləcəyi ilə bağlı yayılan şayiələrə son qoyub. Sport24.az xəbər verir ki, Madrid təmsilçisi bu iddiaları qəti şəkildə təkzib edən rəsmi açıqlama yayıb.
Klubun bəyanatında bildirilir ki, yayılan xəbərlər heç bir reallığı əks etdirmir. Rəhbərlik hazırkı idman idarəetmə sisteminin fəaliyyətindən son dərəcə məmnundur.
Xatırladaq ki, bir müddət idi ki, İspaniya mətbuatında klubun idman strukturunda yeniliklər ediləcəyi və bəzi tanınmış mütəxəssislərin bu vəzifəyə gətiriləcəyi ilə bağlı xəbərlər yer alırdı.