"Neftçi"nin kapitanı Emin Mahmudovun durumuna aydınlıq gəlib. Bu barədə Sport24.az-a "ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı məlumat verib.

Klub rəsmisi bildirib ki, yarımmüdafiəçi zədəsini sağaldıb və komanda ilə birlikdə məşq edir.

Qeyd edək ki, "Neftçi" aprelin 11-i saat 20:00-da "Palms Sports Arena"da "Araz-Naxçıvan"ı qəbul edəcək.