Polşa millisinin köməkçi məşqçisi Yaçek Magera 50 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.
"Sport.pl" portalının məlumatına görə, Magera cümə günü səhər Vrotslavda qaçış zamanı huşunu itirib. O, təcili xəstəxanaya aparılsa da, həkimlərin səyləri uğursuz olub.
Qeyd edək ki, Magera 2025-ci ilin yayından Yan Urbanın rəhbərliyi altında Polşa milli komandasının heyətində yer alıb. Bundan əvvəl o, "Şlensk", "Legiya" və Polşanın gənclər komandalarını çalışdırıb.