"Bavariya"nın hücumameyilli yarımmüdafiəçisi Lennart Karlın sağ bud əzələsi cırılıb. Sport24.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

 

18 yaşlı futbolçu qeyri-müəyyən müddətə sıradan çıxıb.

 

Qeyd edək ki, Karl bu mövsüm Bundesliqada 24 oyun keçirib, beş qol vurub və beş məhsuldar ötürmə edib. O, Çempionlar Liqasının yeddi oyununda dörd qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.