AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda I Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

9 aprel 2026-cı il tarixində I Liqada XXI turun "Şəfa" – "Səbail" oyununun 90+1-ci dəqiqəsində "Səbail" komandasının tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, "Səbail" komandası 2400 manat cərimə edilsin (maddə 52.3);

 

9 aprel 2026-cı il tarixində I Liqada XXI turun "Difai" – "Şahdağ Qusar" oyununun 77-ci dəqiqəsində "Şahdağ Qusar" komandasının 40 nömrəli futbolçusu Kvaku Adjey ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Şahdağ Qusar" komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);