Sumqayıt Olimpiya İdman Kompleksində kişi və qadın idman gimnastikası üzrə Azərbaycan birinciliyi keçiriləcək. Sport24.az xəbər verir ki, yarış kişilər arasında 31-ci, qadınlar arasında isə 10-cu dəfə reallaşacaq.

 

Aprelin 24-dən 25-dək davam edəcək yarışda idmançılar müxtəlif yaş kateqoriyaları və proqramlar üzrə məharətlərini göstərəcəklər.